Azərbaycan klubunun eks prezidenti bu hadisəyə susa bilmədi

19 Aprel 2022 09:00 Şamaxı 1 671
Azərbaycan klubunun eks prezidenti bu hadisəyə susa bilmədi

"İnter"in (hazırkı "Şamaxı") sabiq prezidenti Georgi Nikolov "feysbuk" hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, bolqarıstanlı funksioner keçmiş klubunun "Şamaxı" adı ilə ilk səfər matçında Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzmasına biganə qalmayıb.

Klubun "İnter" adlandırıldığı dönəmdən şəkil paylaşan Nikolov bolqar, ingilis və Azərbaycan dillərində bu komandanın heç vaxt 0:8 hesabı ilə uduzmadığını vurğulayıb.

G.Nikolov 2006 - 2015-ci illərdə "İnter"in prezidenti olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti