"Zaur Axundov mənə böyük jest etdi, şoka düşdüm"

18 Aprel 2022 11:40 Şamaxı 1 398
"Zaur Axundov mənə böyük jest etdi, şoka düşdüm"

"Açığı, belə bir təkəlifin olacağını gözləmirdim, yaxşı mənada şoka düşdüm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şamaxı-2"yə baş məşqçi təyin edilən Rail Məlikov deyib.

Aprelin 8-də peşəkar futbolçu karyerası ilə vidalaşıb məşqçilik həyatına atılan millinin sabiq müdafiəçisi yeni iş yerində özünü göstərməyə çalışacağını bildirib:

"Nədənsə başlamaq lazım idi. Bu da mənim üçün böyük şansdır. Dünən birinci məşqə çıxdım. Komanda tərəfdən yaxşı qarşılandım.

Rəhbərlik mənə güvəndi, bu şansı yaratdı, minnətdaram. Divizionda mövsümün başa çatmasına 5-6 həftə qalıb, çalışacağıq ki, qalan oyunları layiqli keçirək.

Komanda ikinci yerdə gedir, uğurlu çıxış etmək əsas məqsədimizdir. Bura mənim üçün imtahan yeridir. Çətinliklərlə mübarizə aparmağa öyrəşmişəm.

İstəyirəm ki, nəsə ərsəyə gətirim. Öz adımıza layiq iş ortaya qoymağa çalışacam.

Başda Zaur Axundov olmaqla, klub rəhbərliyinə minnətdaram. Zaur müəllim mənə böyük jest etdi.

Bu komanda ilə işə başlamaq gələcək karyeram yolunda irəliyə atılmış bir addımdır. Özümdən çox şey asılıdır.

Mənə bəslənilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti