"Neftçi"yə məğlubiyyət bizi daha çox üzdü, çünki..."

14 Aprel 2022 23:40 Şamaxı 741
"Neftçi"yə məğlubiyyət bizi daha çox üzdü, çünki..."

"Şamaxıdakı ilk oyunumuzda hər şey əla idi. Uzun müddət idi bölgədə belə azarkeş kütləsi görmürdük. Həqiqətən bölgələrdə böyük futbolun olması gözəldir".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə"nin kapitanı İlkin Qırtımov deyib.

Təcrübəli futbolçu "Neftçi"yə məğlubiyyətdən (1-2) bir neçə gün keçsə də acısını hələ də unutmadıqlarını dilə gətirib. Səbəbini isə belə izah edib:

"Belə atmosferdə ilk oyunumuzu qələbə ilə başa vurmağı çox istəyirdik. Yerli azarkeşləri qələbələrlə sevindirmək borcumuzdur.

Əslində matça da yaxşı başlamışdıq. Təəssüf ki, sonunu gətirə bilmədik. İkinci hissə buraxdığımız qollarla məğlubiyyət yaşadıq. Buna çox üzüldük. İnşallah, növbəti oyunlarda qələbə qazanmaqla əziyyət çəkib stadiona gələn azarkeşlərimizi sevindirərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti