"Qarabağ"a uduzsan, istefa ərizəsini yaz və get!

14 Aprel 2022 14:40 Şamaxı 1 498
"Qarabağ"a uduzsan, istefa ərizəsini yaz və get!

Bu həftə Premyer Liqada növbəti baş məşqçi istefası gerçəkləşə bilər.

«Keşlə» adını «Şamaxı»ya dəyişən klub Sənan Qurbanovla yolları ayırmağa hazırlaşır.

Düşərgədən aldığımız yeni məlumata görə, rəhbərlik bununla bağlı çalışdırıcını məlumatlandırıb. Bildirilib ki, sabah «Qarabağ»la keçiriləcək Premyer Liqanın 23-cü tur matçı böyük əhəmiyyət daşıyır.

Ötən həftə Şamaxıda keçirilən ilk ev oyununda «Neftçi»yə 1:2 hesablı məğlubiyyət rəsmilərə çox pis təsir edib.

Onlar bu yenilgini unutdurmaq üçün Ağdam komandası ilə görüşdə minimum 1 xal qazanılmasını baş məşqçidən tələb ediblər.

Cari mövsüm 2 Rremyer Liqa təmsilçisi sükançısıyla vidalaşıb. Ramin Quliyev «Sabah»dan, Ayxan Abbasov «Sumqayıt»dan ayrılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti