Belə klubu rayon camaatı necə sevsin axı?

13 Aprel 2022 23:20 Şamaxı 913
Belə klubu rayon camaatı necə sevsin axı?

"Keşlə"nin "Şamaxı" adı ilə eyni adlı bölgəyə qayıdışı, nəhayət, bu tur reallaşdı.

Komanda yeni adı ilə ilk ev matçında son çempion "Neftçi"yə məğlub oldu - 1:2.

Bütün futbol camiəsi günlərdi Şamaxıda yaşanan böyük futbol ab-havasından, azarkeşlərin yaratdığı müsbət atmosferdən danışır. Bir sözlə, təəssuratlar xoş istiqamətdədir.

Amma təəssüf ki, mediadan, azarkeşlərdən, futbol rəsmilərindən fərqli olaraq klubun öz sosial şəbəkə hesabları bu günləri susqunluqla keçirdir. Sanki başverənlərin bu komandaya heç bir aidiyyatı yoxdur.

Öncə ad dəyişikliyi edən səhifə admini ardınca oyunun təqvimi və "oyun günü" paylaşımı ilə yadda qalıb. Bir də oyun günü Rəhman Hacıyevin vurduğu qol izləyicilərə paylaşılıb. Bu qədər, vəssalam!

Böyük ajotaj yaradan qarşılaşmada baş verənlər səhifə vasitəsi ilə izləyicilərə çatdırılmayıb. Bu, ən sadə və edilməsi vacib məsələdir. Bölgə klubunun yeni adlı sosial şəbəkə hesabında heç görüşdən çəkilən fotolara da rast gəlmədik.

Hələ bu başlanğıcıdı. Startda belə münasibət bəsləyən, "ciddiyət" göstərən komandanı şamaxılılar necə sevsin axı?

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti