«Şamaxı»nın baş məşqçisi Sənan Qurbanov klub rəhbərliyi tərəfindən ciddi tənbeh olunub.
Buna səbəb komandanın Şamaxıda keçirdiyi ilk oyunda «Neftçi»yə 1:2 hesablı məğlubiyyətdir.
Futbol ictimaiyyətinin böyük səbirsizliklə gözlədiyi və minlərlə azarkeş tərəfindən canlı izlənən matçda qeydə alınan nəticə 41 yaşlı çalışdırıcının möhkəm qınağa tuş gəlməsinə gətirib çıxarıb.
Onunla görüşən rəsmilər komandadan narazılığını ifadə edib.
Qurbanovun diqqətinə çatdırılıb ki, futbolçuların taktiki və fiziki hazırlığı aşağı səviyyədədir. İdarəçilər növbəti ev oyunlarında qələbə qazanmağı baş məşqçidən tələb edib.
Xəbərdarlıq olunub ki, gedişat dəyişməsə, mövsümün sonunda onun özü başqası ilə əvəzlənəcək.
SPORTİNFO.AZ

