Qurbanov qorxarsa…

10 Aprel 2022 16:40 Şamaxı 1 021
Qurbanov qorxarsa…

«Şamaxı» adını alan «Keşlə» bu qədər azarkeşi heç vaxt bir arada görməmsişdi.

Adını dəyişdi, bugünü da gördü. Amma ondan artığını yox.

Şamaxı futbol yurdu olmayıb. Uzun illər sonra Premyer Liqaya ev sahibliyi edən rayonun «Neftçi» ilə qarşılaşmaya marağını, həvəsini başadüşmək olardı.

Hər halda Şamaxının özündə də futbol azarkeşləri az deyil və «Neftçi» kimi adlı-sanlı rəqibin bura qonaq gəlməsi onların da sevincinə sevinc qatdı.

Gəl ki…

Sənan Qurbanovun adını dəyişən komandası öz oyun tərzini dəyişmədi və yerli publikanı məğlubiyyətlə «salamladı».

Rəhman Hacıyevin cərimə zərbəsindən vurduğu qolla hesabı erkən açan «Şamaxı» sırf baş məşqçisinin yanlış taktiki yanaşması üzündən 90 dəqiqəni yenik bitirdi.

Qurbanovun «ən yaxşı müdafiə hücumdur» fəlsəfəsindən imtinası «Neftçi»nin çörəyinə yağ sürtdü, qonaqlar ikinci hissədə inseativi tamamilə ələ aldı, lazım olan qolları vurdu, məqsədinə çatdı.

Bir məşqçi minlərlə azarkeşin dəstəyini arxasına almış komandasına niyə qorxaq futbol oynatsın ki? Bayram ab-havasını korlamaq üçün nə etmək lazım idisə, onu da Qurbanov etdi.

«Neftçi»yə Samir Abasovun taktiki gedişləri yox, məhz ev sahiblərinin çalışdırıcısının onlardan çəkingənliyi 3 xal qazandırdı.

«Qorxan gözə çöp düşər» deyiblər, deyilən də oldu. «Şamaxı» gələn mövsümə də Sənan Qurbanova getsə, gördüyü yenə bu olacaq, ciddi heç nə!

Ehtiyatlı igidin anası ağlamaz.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti