Daha bir futbolçumuz ölkə xaricində çıxış edə bilər.
Söhbət "Şamaxı"nın müdafiəçisi Tural Axundovdan gedir.
Mövsümün sonu bölgə klubunu tərk etməyi düşünən təcrübəli oyunçuya Türkiyə birinci liqa təmsilçisindən konkret təklif var.
Bir neçə yerli klubun da marağında olan milli komandamızın sabiq üzvü hələ qərar verməyə tələsmir.
33 yaşlı futbolçu bu mövsüm Premyer Liqada cəmi 9 matçda şans qazanıb. Son turlar isə ümumiyyətlə ona şans verilməyib.
Təcrübəli oyunçu karyerası ərzində "Muğan", "Rəvan", "Simurq", "Sumqayıt" və "Neftçi" kimi komandaların şərəfin qoruyub.
XANOĞLAN

