“Şamaxı”nın yarımmüdafiəçisi Rəhman Hacıyev klubun tarixinə düşüb.
Sportinfo.az xəbər verir ki, o, Premyer Liqa adı altında keçirilən yarışda “Şamaxı” klubunun həm ümumən ilk, həm də Şamaxıdakı birinci qolunun müəllifi olub.
Bu qol bu gün Premyer Liqanın 22-ci turunun “Şamaxı” - “Neftçi” görüşünün 10-cu dəqiqəsində qeydə alınıb.
“Keşlə” klubunun hüquqi varisi olan “Şamaxı” yeni adla bu gün ilk rəsmi oyuna çıxıb.

