“Neftçi”nin çempionları “Neftçi” ilə oyunda yola salınacaq

9 Aprel 2022 10:40 Şamaxı 1 007
“Neftçi”nin çempionları “Neftçi” ilə oyunda yola salınacaq

Bu gün “Şamaxı” – “Neftçi” oyunundan əvvəl xüsusi plan hazırlanmasa da, meydan sahibləri futbolçuları ilə vida mərasimi keçirəcək.

Bu barədə Sportinfo.az-a Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib:

“Şamaxıdakı stadionun açılış mərasimi ilə bağlı “Şamaxı”dan aldığımız yeganə müraciət oyundan əvvəl iki futbolçu ilə vida mərasiminin keçirilməsi ilə bağlıdır.

Belə ki, son illər bu komandanın şərəfini qoruyan Rail Məlikovla Ruslan Əmircanovun peşəkar karyeralarını bitirməsi rəsmən elan olunacaq.

“Şamaxı”nın müraciəti müsbət dəyərləndirilib. Əlavə tədbir haqda quruma müraciət daxil olmayıb”.

Karyerası ərzində “Bakı”, “Neftçi”, “Qəbələ”, “Denizlispor”, “Sumqayıt” kimi komandaların şərəfini qorumuş Rail Məlikov Azərbaycan millisində 40 oyun keçirib. O, ölkə çempionu və ölkə kubokunun sahibi olub.

Ruslan Əmircanov isə “Karvan”, “Neftçi”, “İnter”, “Qəbələ” kimi iddialı komandaların formasını geyinərək bütün yaş qruplarından ibarət yığmalara cəlb olunub. Ruslan “Neftçi” ilə 2 dəfə Azərbaycan çempionu adını qazanıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti