“Şamaxı”: İki nəfəri yola salır, əlini cibinə salmağa ehtiyac duymur

8 Aprel 2022 20:00 Şamaxı 1 111
“Şamaxı”: İki nəfəri yola salır, əlini cibinə salmağa ehtiyac duymur

Böyük futbol Şamaxıya qayıdır.

“Keşlə”nin adını şəhərin adına dəyişməsindən sonra komanda aprelin 9-da ilk matçını “Neftçi”yə qarşı keçirəcək.

Stadionun açılış oyununda fəxri qonaqların və Şamaxıdakı futbolsevərlərin iştirak edəcəyinə şübhə yoxdur. Şəhər stadionunda izdihamın yaşanacağı da sirr deyil.

Stadionların açılış mərasimlərində bədii hissələrin təşkil olunmasına az rast gəlməmişik. Demək olar bütün oyunlardan öncə şou-proqramlar təşkil olunub, müğənnilər iştirak edib.

Lakin bu dəfə fərqli mənzərəyə şahidlik edəcəyik. “Şamaxı” stadionun açılış günündə və açılış oyunundan əvvəl futbolçuları – Rail Məlikovla Ruslan Əmircanova futboldakı fəaliyyətlərinə görə təşəkkür edib, gülə-gülə yola salacaq.

Vəssalam!

Bu barədə məlumatı saytımıza “Şamaxı”nın mətbuat katibi Səbuhi Məmmədov bildirib. Həmarımız bədii hissənin nəzərdə tutulmadığını deyib.

Təntənəli açılış mərasiminə görə əlini cibinə salmağa ehtiyac duymayan klub rəhbərliyinin şəhərə və komandaya münasibəti üçün bundan gözəl sübut ola bilməz.

Bunun adı yola verməkdir, başqa adı yoxdur. Varsa, deyin, biz də bilək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti