"Neftçi"də BU XƏBƏRƏ çox sevinəcəklər

8 Aprel 2022 10:40 Şamaxı 1 817
"Neftçi"də BU XƏBƏRƏ çox sevinəcəklər

"Şamaxı" Premyer Liqanın 22-ci turunda "Neftçi"ni qəbul edəcək.

Meydan sahibləri Şamaxıda keçiriləcək matça ciddi itkilərlə çıxmalı olacaq.

Belə ki, Sadio Tounkara son çempionla oyunu buraxacaq. Malili legioner həftəiçi məşqlərdə ciddi zədə alıb.

Daha əvvəl zədə alan və son turlar komandasına kömək edə bilməyən Felipe Santosun da durumu urəkaçan deyil. Bir həftədən artıqdı məşqlərə başlayan braziliyalı ağrılar hiss edir. Yəqin ki, baş məşqçi Sənan Qurbanov bu dəfə də onu kənarda saxlamalı olacaq.

Bir başqa legioner Merab Qiqauru də zədəlilər sırasındadır. Amma gürcüstanlı futbolçunun oynamaq ehtimalı hələ də qalır. Baş məşqçi onunla bağlı oyun günü qərar verəcək.

Ötən tur "Qəbələ" ilə görüşdə qırmızı vərəqə alan Kamal Bayramov və Tərlan Quliyevin "Neftçi" ilə dueli kənardan izləyəcəyi isə öncədən məlum idi.

Şamaxıda keçiriləcək "Şamaxı" - "Neftçi" qarşılaşması sabah, saat 14:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti