Şamaxı İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov eyniadlı futbol klubunun üzvləri ilə görüşəcək.
Bu barədə Sportinfo.az-a «Şamaxı»dan məlumat verilib.
Bildirilib ki, rayonun birinci şəxsi komandanı stadionda ziyarət edəcək.
«Keşlə» adını «Şamaxı»ya dəyişən kollektiv sabah Premyer Liqada ilk ev oyununa çıxacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matçda rəqib «Neftçi»dir.
Qarşılaşma saat 14:00-da başlayacaq.
T.Məmmədovun futbolçulara mükafat vəd etməsi gözlənilir.

