Azərbaycanda azarkeş qrupu fəaliyyətini dayandırıb.
Əslində “Keşlə”nin “Şamaxı”ya çevrilməsindən sonra belə olacağı gözlənilirdi.
Çünki “Old Wolf”u yaradanlar klubun Keşlənin adını daşıdığı üçün tribunadakı yerini bərkitmişdi.
Qəsəbə təmsilçisinin bundan sonra bölgəni təmsil etməsi fanatları çətin qərar verməyə məcbur edib.
Bu barədə “Old Wolf”un rəhbəri Elnur Yusifov “feysbuk” hesabında paylaşım edib:
“Keşlə” son adıyla son oyuna çıxdı. Biz də son qoyduq tribunaya, son.
2004-cü ilin 4 aprelindən başlayan tribuna 2022-ci ilin 3 aprelində sonlandı. Tam-tamına 18 il tribunada”.
Vaaxtilə “İnter”i dəstəkləyənlər 2018-ci ilin aprelin ilk günündə “Old Wolf”u yaratmışdı ki, bir neçə gün əvvəl azarkeş qrupunun 4 yaşı tamam olmuşdu.
HƏBİB

