"Keşlə" ilə bağlı tarixi qərar bu tarixdə açıqlanacaq, amma...

5 Aprel 2022 14:00 Şamaxı 940
"Keşlə" ilə bağlı tarixi qərar bu tarixdə açıqlanacaq, amma...

"Keşlə"nin adının "Şamaxı"ya dəyişdirilib adıçəkilən bölgəni təmsil edəcəyi aylar əvvəl futbol ictimaiyyətinə açıqlanmışdı.

Amma "köç" müxtəlif bəhanələrlə gecikdirilirdi. Nəhayət, rəsmilər yekun qərarı verib.

Belə ki, daha əvvəldən məlumat verdiyimiz kimi, 9 aprel "Keşlə"nin "Neftçi" ilə baş tutacaq ev qarşılaşması Şamaxıda keçiriləcək. Hətta matçın 14:00-a təyin olunması da planlaşdırılıb.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, sabah matçın Şamaxıda keçiriləcəyi rəsmi olaraq elan olunacaq.

Sadəcə, AFFA rəsmiləri hələ də son ana kimi qərarın gizli qalmasına çalışırlar. Səlahiyyətli şəxslərə bu barədə mətbuata danışmamaq tapşırılıb. Bir sözlə, rəsmi açıqlamanın verilməsi yubadılır.

Görünür, hər hansı fors-major halından ehtiyat edən federasiya mənsubları bununla özlərini pis ehtimaldan sığortalamağı düşünür.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti