Niyə boş yerə özünə əl qatsın, əsəblərini korlasın ki?

4 Aprel 2022 09:40 Şamaxı 848
Niyə boş yerə özünə əl qatsın, əsəblərini korlasın ki?

Bugünlərdə «Keşlə»də dəyişiklik gözlənilir.

Biriləri gedib, biriləri gələcək.

Şamaxıya köçməyə hazırlaşan klub hələlik qeyri-müəyyənlik içindədir.

Prosesin uzanması azmış kimi, maliyyə çətinliyi də kollektivi əldən salır. Ötən mövsüm qazanılan kuboka görə vəd olunan 200 min manat mükafatın verilməməsi məşqçi və futbolçularda əsəbilik yaradıb.

Hamı artıq o puldan əlini üzüb. Burada hər kəs gözünü AFFA-ya dikib, daha doğrusu, onların ödəyəcəyi maaşa.

Heyhat, federasiyadan da «Keşlə»yə yaxşı məlumat daxil olmur.

Sonuncu dəfə fevralın əməkhaqqısını alan komanda özünə qarşı etinasız münasibətdən sarsılıb. Bu, onlara o qədər pis təsir edir ki, istər-istəməz çılğına dönürlər.

Düz deyiblər ki, sahibindən kötək yeyəni it də qapar.

Budəfəki Qəbələ səfəri diqqətsizlikdən divanəyə dönmüş «Keşlə»nin səbr bardağını daşıdı. Sənan Qurbanovun hakimlərə münasibətdə aqressiv davranışını başqa yerə yozmayaq.

Ölkə kubokunda və Premyer Liqada nəyəsə iddiası qalmayan komandanın baş məşqçisi niyə hər mübahisəli epizodun davpmında özünə əl qatsın, əsəblərini korlasın ki?

Eləcə də Tərlan Quliyev. Eləcə də Kamal Bayramov.

Oyunun içində olanları boş verin. Bu, başdakıların kluba barmaqarası yanaşmasına ümumi etirazın bir formasıdır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti