AFFA 2 aydır yalan vədlər verir, kluba pul ödəmir

3 Aprel 2022 20:00 Şamaxı 1 042
AFFA 2 aydır yalan vədlər verir, kluba pul ödəmir

AFFA Şamaxıya köçməyə hazırlaşan «Keşlə»yə növbəti dəfə problem yaradıb.

Federasiya artıq 2 aydır kluba ödəmələri dayandırıb.

Artıq aprel ayıdır, sabiq «bankirlər» isə sonuncu dəfə yanvarda AFFA-dan vəsait əldə edib. Qurum müxtəlif bəhanələr gətirərək, «Keşlə»yə çatmalı olan vəsaiti ödəmir.

Təbii ki, bu da kollektivdə ciddi narazılıqla qarşılanıb.

Redaksiyamıza müraciət edən futbolçular problemin həlli üçün saytımızdan kömək istəyib. Onların sözlərinə görə, vəziyyətin belə şəkil alması Şamaxıya səfər ərəfəsində hamını ruhdan salıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti