“Bu klub mənim üçün “ölüb”, indi əvəz çıxırlar” - Sabiq prezidentdən SƏRT AÇIQLAMA

31 Mart 2022 16:40 Şamaxı 1 463
“Bu klub mənim üçün “ölüb”, indi əvəz çıxırlar” - Sabiq prezidentdən SƏRT AÇIQLAMA

“İndi yox, hələ “İnter”in adını dəyişib “Keşlə” qoyanda, xeyli ağlayıb, onu öz əllərimlə məzara qoymuşdum.

Ona görə də indi baş verənlər mənə adi gəlir”.

2006-2016-cı illər aralığında Bakı “İnter”inin prezidenti vəzifəsini daşımış Georgi Nikolov Sportinfo.az-a açıqlamasında “Keşlə”nin “Şamaxı”ya çevrilməsinə münasibət bildirib.

Əslində bolqar funksioner bir neçə ay öncə bu haqda danışmışdı. Bu dəfə onu aramaqda məqsədimiz “İnter”in tarixinin məhv edilməsinə görəydi.

Belə ki, “Keşlə” yarananda klubun loqosunda 2004-cü il göstərilmişdisə, adı dəyişdirilən “Şamaxı”nın “doğum tarixi” 2022 kimi qeyd olunub.

Düzdür, rəsmi müstəvidə “Şamaxı” “Keşlə”nin hüquqi varisi kimi qeyd olunub. Amma bölgə təmsilçisinin yaranma tarixinin 2022 şəklində göstərilməsi ortaya çox ciddi suallar çıxarır.

Nikolov bundan sonrakı dəyişikliklərin ciddi məna kəsb etməyəcəyini düşünür:

“İnter”in dünya miqyasında tarixi uğurları olmasa da, Azərbaycan çempionluqları və “Birlik kuboku” ilə öyünürdü.

Üstəlik, gümüş və bürünc medallar. “İnter”i “Keşlə” etməklə, onsuz da tarixin üstündən xətt çəkmişdilər.

“İnter” mənim üçün 2017-ci ildə “öldü”. Daha doğrusu, “öldürdülər”. 5 ildə 2 dəfə ad dəyişdilər, yəqin ki, 5 ildən sonra yeni nəsə fikirləşərlər.

Adama təsir edən bilirsiz nədir? Niyə bütün eksperimentlər “İnter”in üzərində aparıldı? Ad dəyişmələr, yer dəyişmələr, rəhbər dəyişmələr və daha nələr…

Son illərdə “Sabah”, “Səbail”, “Zirə” yarandı. Ad dəyişmək lazım idi, onlara əl atardılar da. Yoxsa “İnter”i yiyəsiz görüb, hücuma başladılar? Məncə, bu, nəyinsə revanşıdır. Əvəz çıxırlar”.

1997-ci ildə yaranan “Xəzər Universiteti” 2004-cü ildə “İnter”ə çevrilmişdi.

2017-ci ilə qədər fəaliyyət göstərən “İnter” bu müddətdə 2 dəfə Azərbaycan çempionluğunun sevincini yaşayıb, 1 dəfə “Birlik kuboku”nu Bakıya gətirib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti