"Xan Lənkəran" sabiq milli üzvünə "ELÇİ DÜŞDÜ"

30 Mart 2022 21:20 Şamaxı 5 333
"Xan Lənkəran" sabiq milli üzvünə "ELÇİ DÜŞDÜ"

"Keşlə"nin müdafiəçisi Tərlan Quliyev yayda komandanı tərk edə bilər.

Belə ki, təcrübəli oyunçuya digər Premyer Liqa klublarından real təkliflər var.

Bundan əlavə növbəti mövsüm Premyer Liqaya qayıtmaq ehtimalı yüksək olan Birinci Liqa təmsilçiləri "Kəpəz", Turan Tovuz" və Region Liqasında mübarizə aparan "Xan Lənkəran" kimi klublar da onun xidmətində maraqlıdır.

Amma adıçəkilən klublarla razılıq əldə olunması üçün ilk növbədə həmin komandaların Premyer Liqaya buraxılması lazımdır. Yalnız o halda 29 yaşlı futbolçu qarşı tərəf "hə" deyə bilər.

"Neftçi"nin yetirməsi olan oyunçu 2016-cı ildən "Keşlə"də ("İnter" adlanan vaxtdan) çıxış edir.

Azərbaycan millisinin sabiq üzvü "Keşlə"dən başqa ölkəmizdə "Qarabağ", "Neftçi", "Kəpəz" və "Standart"ın (Sumqayıt) formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti