"Keşlə" adını "Şamaxı"ya dəyişən paytaxt klubunun yeni loqosu müzakirələrə səbəb olub.
Belə ki, "Şamaxı"nın "Keşlə"nin varisi olacağı deyilsə də yeni loqoda klubun yaranma tarixi 2022 göstərilib.
Qaranlıq məqama aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq.
Klub rəsmisindən də saytımıza açıqlamasında dolğun cavab ala bilmədik: "Mən ancaq onu deyə bilərəm ki, ad və loqo dəyişilməsində bütün hüquqi prosedurlara əməl olunub. Digər hüquqi incəlikləri bilmirəm".
XANOĞLAN / SPORTİNFO.AZ

