Paytaxt klubunun yeni adla İLK FOTOSU

29 Mart 2022 09:40 Şamaxı 1 376
Paytaxt klubunun yeni adla İLK FOTOSU

Ötən ilin sonları AFFA "Keşlə"nin adının dəyişdirilib "Şamaxı" olacağını və eyniadlı rayonu təmsil edəcəyini açıqladı.

Növbəti açıqlamalarda isə komandanın bu ilin əvvəli, daha sonra isə konkret mart ayında Şamaxıya köçəcəyi açıqlansa da bu istək reallaşmadı.

Mart da başa çatır, amma komanda oyunlarını Bakıda keçirir.

Ancaq aylardı gözlənilən hadisə, nəhayət, növbəti ayın əvvəli reallaşacaq. Artıq ilk real addım da atılıb. Belə ki, komandaya məxsus avtobusun üzərindəki "Keşlə" yazısı tarixin yaddaşına göndərilərək yeni adla - "Şamaxı" ilə əvəzlənib.

Bunu 9 aprel "Neftçi" ilə Şamaxıda keçirilməsi nəzərdə tutulan növbəti ev matçına hazırlıq kimi də qiymətləndirmək olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti