"Hələ ki, dözürəm – Onlarla işləmək çox çətindir"

26 Mart 2022 23:40 Şamaxı 809
"Hələ ki, dözürəm – Onlarla işləmək çox çətindir"

«Açığı, başlayanda asan olacağını düşünürdüm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq hücumçusu Daniel Axtyamov deyib.

Hazırda Rusiyada uşaq məşqçisi kimi özünü sınayan keçmiş forvard bu sahənin kifayət qədər çətin olduğunu bildirib:

«Fikirləşirdim ki, topdur, meydançadır, nə lazımdır deyirsən, vəssalam. Amma belə deyilmiş. Uşaqlarla işləmək çox çətindir.

Adicə düzgün qaçış formasını öyrətmək üçün nə qədər vaxt və əsəb itirməli olursan. Yaxşı hövsələ və enerji lazımdır. Hələ ki, dözürəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti