"Keşlə"nin mərkəz müdafiəçisi Şəhriyar Əliyev Sportinfo.az-a açıqlama verib.
Təcrübəli futbolçu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazninin Malta və Latviya ilə yoxlama oyunları üçün çağrılan heyətə onun adını daxil etməməsini şərh edib:
"İlk növbədə milli komandamıza uğurlar arzu edirəm. Dəvət olunmamağa qaldıqda isə mənə düşəni daim formada olmaqdır. Mən də demək olar stabil oyunlarda çıxış edirəm.
Amma sonda qərarı baş məşqçi verir. Əvvəlki toplanışlara çağrılmışdım. Bu dəfə çağrılmasam da həvəsdən düşmürəm. Üzərimdə daha da çox işləməliyəm ki, növbəti toplanışa dəvət alım.
Bunun üçün həm məşqlərdə, həm də oyunlarda əlimdən gələnin daha artığın edəcəm. Ümid edirəm ki, yay toplanışında mən də dəvət alanlar arasında yer alacam".
XANOĞLAN

