Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilədən Premyer Liqa təmsilçiləri maksimum yararlanmağa çalışır.
İki həftəlik fasiləni xüsusən avrokuboklara vəsiqə verən yerlərdən uzaq düşən komandalar üçün göydəndüşmə hesab edə bilərik.
Baş məşqçilər çatışmazlıqları aradan qaldırır, futbolçularını yoldaşlıq görüşlərində iş başında görməyə çalışır.
Lakin heç də bütün komandalar sınaq matçı keçirə bilməyəcək.
Bu mənada “Keşlə”nin planı da “suya düşüb”. Sənan Qurbanov fasilə dönəmində komandasını yoldaşlıq oyununda sınamaq qərarına gəlsə də, istəyi ürəyində qalıb.
Belə ki, rəqiblərlə aparılan danışıqlar müsbət nəticə verməyib. Qurbanov çıxış yolunu ikitərəfli oyun keçirməkdə görüb.
HƏBİB / SPORTİNFO..AZ

