Son iki turda 4 xal qazanan "Keşlə"də baş məşqçi Sənan Qurbanov hərəkətə keçib.
Mövsümün sonuna kimi paytaxt klubunda qalacağı dəqiqləşən mütəxəssis artıq növbəti ilin planların qurmağa başlayıb.
Belə ki, bu niyyətlə Qurbanov rəhbərlikdən bəzi futbolçuların növbəti il də klubda qalmasına çalışmasını xahiş edib.
Gənc mütəxəssisin siyahısında əcnəbi futbolçularla bərabər, bir neçə yerli oyunçu da var.
41 yaşlı mütəxəssis ötən ilin yanvar ayından "Keşlə"də çalır. Komanda onun rəhbərliyi altında sonuncu ölkə kubokunun qalibi olmağı bacarıb.
SPORTİNFO.AZ

