Premyer Liqa klubu heç bir legionerinə "burada qal" demir

20 Mart 2022 23:40 Şamaxı 1 038
Premyer Liqa klubu heç bir legionerinə "burada qal" demir

«Keşlə» yayda müqaviləsi bitəcək legionerlərə yeni sözləşmə təklif etməyib.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən məlumat verilib.

Bildirilib ki, bu, klub ətrafında yaranmış qeyri-müəyyənliklə əlaqədardır.

«Keşlə» gələn ay Şamaxıya köçməyi planlaşdırır və hələ də bilinmir ki, rəhbərlik kimin əlində olacaq: Zaur Axundov burada qalacaq, yoxsa nəzarət Şamaxı İcra Hakimiyyətinə keçəcək.

AFFA bununla bağlı «Keşlə»yə heç bir məlumat verməyib. Ona görə də əcnəbi futbolçuların gələcəyi barədə qərarı kimin verəcəyi naməlumdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti