Paytaxt klubu 4 nəfərə rəsmən “qapını göstərdi” – 3-ü legioner, 1-I yerli

27 Dekabr 2021 16:20 Şamaxı 1 349
Paytaxt klubu 4 nəfərə rəsmən “qapını göstərdi” – 3-ü legioner, 1-I yerli

“Keşlə” 4 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu Anatole Abanq, Nicat Qurbanov, Con Kamara və Omar Qudiabi ilə vidalaşdığını rəsmi saytı vasitəsilə bəyan edib.

İlk iki oyunçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb. Kamara və Qudiabinin sözləşməsinə isə qarşılıqlı razılıqla xitam verilib.

Mövsümün ilk yarısında 14 xal toplayan “Keşlə” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!