“Bakı”da debüt etdi, “Qarabağ”da 2 oyuna çıxdı, “Keşlə”də 200-ə çatdı

24 Dekabr 2021 02:30 Şamaxı 1 285
“Bakı”da debüt etdi, “Qarabağ”da 2 oyuna çıxdı, “Keşlə”də 200-ə çatdı

“Keşlə”ni nmüdafiəçisi Şəhriyar Əliyev Premyer Liqada 200-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bu, 14-cü tura təsadüf edib.

“Sumqayıt”la səfərdəki qarşılaşma (3:1) müdafiəçi üçün yubiley xarakteri daşıyıb.

Şəhriyar çempionatda 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. O, bu komandada 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Keşlə”də 34 (2 qol) dəfə şans qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti