Paytaxt klubu sabiq legionerini geri qaytarır

23 Dekabr 2021 22:20 Şamaxı 1 749
Paytaxt klubu sabiq legionerini geri qaytarır

Bir neçə futbolçu ilə yollarını ayıran "Keşlə" heyətini gücləndirmək yolunda axtarışlarını da davam etdirir.

Paytaxt klubu indi də sabiq futbolçusu Franko Floresi heyətinə qatmağa çalışır.

Argentinalı müdafiəçi ilə danışıqlara start verilib və o da sabiq komandasının təklifinə isti baxır. Qalır maliyyə məsələsində razılığın əldə olunması.

Əgər pul məsələsində də tərəflər razılığla gələ bilsə, Franko "Keşlə"nin Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Xatırladaq ki, 28 yaşlı müdafiəçi 2019-2020 mövsümündə "Keşlə"nin şərəfini qoruyub. O, 20 oyunda meydana çıxıb və 1 qol vurmağı da bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti