"Keşlə"də narahatlıq - "Ən azı 10 günlük gedəcəyimizi düşünürdüm"

22 Dekabr 2021 20:40 Şamaxı 901
"Keşlə"də narahatlıq - "Ən azı 10 günlük gedəcəyimizi düşünürdüm"

"İllərdi futbolun içindəyəm. Bütün peşəkarlar bilir ki, ölkə xaricində toplanış keçmək çox vacib məsələdir.

Bu, həm futbolçular, həm də məşqçilər üçün rahat olur".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə"nin növbəti dəfə təlim-məşq üçün ölkə xaricinə getməməsinə münasibət bildirən Tərlan Quluyev deyib.

Paytaxt klubunun təcrübəli müdafiəçisi belə qərarın fasilədən sonrakı çıxışlarına mənfi təsir edə biləcəyini xüsusi qeyd edib:

"Ölkə xaricində olanda ən əsası yoxlama oyunları keçirilir. Və məşqçi həmin oyunda lazım olan şeyləri görür.

Futbolçu da həmin müddətdə rəsmi oyunlar üçün lazım olan bazanı toplayır. Amma neçənci dəfədir biz ölkə xaricinə gedə bilmirik.

Bunun nə qədər düzgün, nə qədər səhv olduğunu deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. Ancaq çətin olacağını dəqiq bilirəm".

Quliyev son ana kimi Türkiyəyə gedəcəklərinə ümid etdiklərini sözlərinə əlavə edib: "Ən azında düşünürdük ki, 10 günlük Antalyada toplanış keçərik.

Minimum 3 yoxlama oyunu keçirsəydik çempionata tam hazır olmaq olardı. Məşqlərdən çox oyunlar olması önəmlidir.

Hazırlıq müddətində gördüyün işlər oyunda görsənir. Bakıda keçəcəyimiz hazırlığın necə olacağından isə xəbərim yoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti