Yığmanın müdafiəçisini Türkiyədə əməliyyata aldılar - FOTO

22 Dekabr 2021 13:20 Şamaxı 824
Yığmanın müdafiəçisini Türkiyədə əməliyyata aldılar - FOTO

Azərbaycan millisinin və “Keşlə”nin müdafiəçisi Azər Salahlı əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Müayinədən sonra futbolçuda ikitərəfli qasıq yırtığı aşkar edilib. Bu üzdən cərrahi müdaxilə zərurəti yaranıb.

Salahlının əməliyyatı Türkiyədəki “Liv Hospital”da gerçəkləşib. Uğurlu əməliyyatdan sonra futbolçu özünü yaxşı hiss edir. Azər iki gündən sonra Bakıya qayıdacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti