Premyer Liqa klubunda 4-cü ayrılıq

19 Dekabr 2021 15:00 Şamaxı 1 401
Premyer Liqa klubunda 4-cü ayrılıq

"Keşlə"dən ayrılan futbolçuların sayı 4-ə çatıb.

Paytaxt təmsilçisi Omar Qudiabi ilə vidalaşıb.

Yayda 1 illik müqavilə bağlayan seneqallı vingerlə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

26 yaşlı legionerin son klubu Şimali Makedoniya "Pelister"i olub. Burada oynamaq şansı qazanmayan afrikalı bu ayın maaşını almaq şərtilə getməyə razılaşıb.

"Keşlə" daha öncə 3 nəfərlə vidalaşıb. Anatole Abanq, Nicat Qurbanov və Con Kamaranın kontraktı yenilənməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti