"Sumqayıt"la çətin oyun olacağını əvvəlcədən bilirdik. Amma qələbəyə köklənmişdik. Komanda olaraq yaxşı mübarizə apardıq və qələbə qazandıq".
Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt" üzərində qazandıqları qələbə (3-1) haqqında danışan "Keşlə"nin üzvü Turan Vəlizadə deyib.
Paytaxt klubu qışa fasiləsinə kimi enişli-yoxuşlu qırafik cızdı. Vəlizadə stabilliyin olmamasına belə izah verib: "Açığı, eyni qrafikə bir çox komandalarda rast gəlmək mümkündür. Əsas odur ki, biz futbolçular və məşqçi heyətinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirə bilək".
21 yaşlı yarımmüdafiəçi qış fasiləsində heyətə qoşulacaq yeni futbolçuların yaxşı nəticələr qazanmaq yolunda faydalı ola biləcəklərini sözlərinə əlavə edib: "Komandadan kimin gedib-gəlməsinə məşqçilər heyəti qərar verəcək. Məncə, yaxşı heyətimiz var. Əlbəttə, yeni futbolçular gəlsə, daha yaxşı nəticələr əldə etməyimizə kömək edə bilərlər".

