“Hamıya problem yaradırlar”

17 Dekabr 2021 14:40 Şamaxı 871
“Hamıya problem yaradırlar”

“Qələbəyə baxmayaraq, oyun bizim üçün çətin keçdi. Süni örtükdən təbii ota keçəndə ağır olur.

Ayaqlar “dolur”, ağırlaşır. Düzdür, oyuna 2 gün qalmış “ot”da məşq edirdik, ancaq yenə də fərqlilik özünü göstərirdi”.

“Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev komandasının Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Sumqayıt” üzərindəki 3:1 hesablı qələbəsini Sportinfo.az-a açıqlamasında şərh edib.

“Qırmızılar”ın kapitanı “Sumqayıt”ı ciddiyə aldıqlarını, buna baxmayaraq, qələbə qazanacaqlarına inandıqlarını etiraf edib:

“Oyuna çox yaxşı hazırlaşmışdıq. Çünki qış fasiləsi öncəsi 3 xal bizə hava-su kimi lazım idi. Uduzsaydıq, vəziyyət bizim üçün çox ağırlaşacaqdı.

Etiraf edim ki, həftəici məşqlər və söhbətlər zamanı hamının qələbəyə ümidli olduğu görünürdü. Yəni gücümüzə inanırdıq. Bircə qalırdı düşündüklərimizi meydanda ortaya qoymaq.

“Sumqayıt”ın necə rəqib olduğunu hamı bilir. Üstəlik, “ev”də həddən artıq inamlı görünürlər, adından asılı olmayaraq hamıya problem yaradırlar.

Şükürlər olsun ki, vacib qollar vurub istəyimizə çatdıq. Bu qələbə bizə çox lazım idi. Əsas odur, avrokubok mübarizəsindən qopmadıq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti