Niyə göndərmişdiz, niyə qaytardız? İndi niyə..?

18 Dekabr 2021 17:40 Şamaxı 1 482
Niyə göndərmişdiz, niyə qaytardız? İndi niyə..?

Azərbaycan klublarının zaman-zaman qeyri-peşəkar addımlarına şahidlik etmişik.

Bu baxımdan "Keşlə" xüsusi "canfəşanlıq"la fərqlənir.

Paytaxt təmsilçisində gerçəkləşən anormal qərarları sadalasaq, bitməz. Onlar növbəti əndərabadi qərar verib.

Belə ki, oktyabrda komandaya qaytarılan Con Kamara ilə yenidən yollar ayrılır. Syerra-leoneli ilə müqavilə bugünlərdə pozulacaq.

Deyə bilərsiz ki, burada qəribə nə var ki? Futbolçu ilə yollar ayrılar da…

Amma işin əslini bilməyənlər üçün diqqətə çatdıraq ki, afrikalı legioner 2019-cu ildə "Keşlə"yə transfer edilib.

O, ötən mövsümün sonu Sənan Qurbanovun qərarı ilə komandadan göndərilmişdi. Amma müqaviləsi olduğu üçün maaşı vaxtı-vaxtında ödənilirdi.

Hər ay 5000 dollar. Klub rəhbərliyi, məşqçilər korpusu nə düşündüsə, cəmi 4 ay sonra Kamaranı geri qaytarmağa qərar verdi.

O isə arxada qalan 4 ayı klubsuz keçirmişdi. Belə olan halda, nyə gətirildi, nəyə gətirildi? Anlayan varmı?.

Üstündən cəmi 2 ay keçib və indi də yenidən yollar ayrılır. Bir peşəkar klub niyə belə idarə olunsun ki? Məəttələm, vallah...

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti