Premyer Liqa klubu ən çox pul ödədiyi legionerlə müqaviləni uzatmadı

13 Dekabr 2021 10:40 Şamaxı 1 734
Premyer Liqa klubu ən çox pul ödədiyi legionerlə müqaviləni uzatmadı

“Keşlə“ ən ödənişli futbolçusunun xidmətindən imtina edib.

Söhbət Anatole Abanqdan gedir.

Paytaxt klubu hər ay 10 min dollar əməkhaqqı ödədiyi kamerunlu hücumçunun başa çatmaq üzrə olan müqaviləsini yeniləməyib.

Bunun səbəbi yalnız para deyil. Afrikalı forvardın intizamsızlığı da burada önəm daşıyıb.

1 ildir Azərbaycanda çıxış edən Abanq ötən mövsüm qol hesabını aça bilməyib. O, yalnız cari «futbol ili»ndə Premyer Liqada 3 dəfə fərqlənib. Və iki dəfə qırmızı vərəqəyə tuş gəlib.

Öncə «Zirə» ilə qarşılaşmada (1:2) meydandan qovulan Abanq Premyer Liqanın XIII turunun “Səbail” ilə ev oyununda (2:2) da hakimin qəzəbinə tuş gəlib, nəticədə AFFA İntizam Komitəsi tərəfindən 1 turluq cəzalanıb və 200 manat cərimə olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti