Paytaxt klubu iki məşqçi ilə danışıqlara başladı, suallar açıq qaldı

12 Dekabr 2021 14:40 Şamaxı 1 537
Paytaxt klubu iki məşqçi ilə danışıqlara başladı, suallar açıq qaldı

«Keşlə» rəhbərliyi 2 məşqçi ilə görüşüb.

Ayrı-ayrılıqda baş tutan görüşun bir məqsədi olub - dəvət.

Burada onların diqqətinə çatdırılıb ki, Sənan Qurbanovun fəaliyyətindən narazıdırlıar və onunla işbirliyini davam etdirməkdə perspektiv görmürlər.

Hazırkı çalışdırıcının yanlış transferlərlə komandanı pis əvziyyətə saldığını, bu azmıış kimi, futbolçularla yola getmədiyini bildiriblər. Söhbət əsnasında qeyd olunub ki, dekabrın sonu, yanvarın əvvəlində islahatlar başlayacaq.

Maraqlıdır ki, danışıqlara dəvət edilən hər iki mütəxəssis Premyer Liqada çalışmaq istədiklərini, bununla belə, tələsik qərar verməyin problem yarada biləcəyini vurğulayıb.

Onları qayğılandıran digər məsələ paytaxtdan Şamaxıya köçəcək komandanın şəraitidir. Çünki kollektivin harada məskunlaşacağı, iddialı olub-olmayacağı, transfer büdcəsinin artırılıb-artırılmayacağı hələ dəqiqləşməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti