AFFA “Neftçi”nin sabiq baş məşqçisinə bu klubda böyük vəzifə verdi

11 Dekabr 2021 16:40 Şamaxı 1 594
AFFA “Neftçi”nin sabiq baş məşqçisinə bu klubda böyük vəzifə verdi

“Neftçi”nin sabiq baş məşqçisi Vəli Qasımov yeni təyinat alıb.

Son vaxtlara kimi AFFA-nın Elit-məşq layihəsində yer alan mütəxəssis artıq “Keşlə”nin uğurları üçün çalışacaq.

Ona klubun uşaq futbolu üzrə baş koordinatoru vəzifəsi tapşırılıb. AFFA-nın məsləhəti ilə “Keşlə”yə gətirilən Qasımov bir növ idman direktoru səlahiyyətlərini yerinə yetirəcək.

Ötənlərin tanınmış hücumçusunun əsas işi Şamaxıda olacaq. Belə ki, o, yeni ildən “Şamaxı” adlanacaq klubun “alt yapı”sını yaratmalıdır.

Sabiq “bankirlər”in öz akademiyasını 2022-ci ilin yayında bu rayona köçürəcəyini da qeyd edək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti