COP29

Qurbanovla bağlı səmimi ETİRAF: "Onu azdan-çoxdan tanıyan biri kimi deyə bilərəm ki..."

17 Noyabr 2021 22:40 Şamaxı 774
Qurbanovla bağlı səmimi ETİRAF: "Onu azdan-çoxdan tanıyan biri kimi deyə bilərəm ki..."

"Qarabağ" adı neçə illərdi onun gücünü göstərir.

Bu rəqib haqqında nəsə deməyə, müzakirə etməyə ehtiyac yoxdur".

Bunu Sportinfo.az-a açıqlamasında qarşıdakı tur qarşılaşacaqları "Qarabağ"la oyun haqqında danışan "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev deyib.

Paytaxt klubu ilk dövrənin qarşılaşmasında vitse çempionla bərabərə (1-1) qalmağı bacarmışdı. Quliyev eyni uğuru təkrarlamağın çox çətin olacağı qənaətindədir:

"Çətin oyun olacaq. Düzdü, öz meydanımızda "Qarabağ"dan xal almağı bacarmışdıq. Amma Qurban müəllimi azdan-çoxdan tanıyan biri kimi deyə bilərəm ki, bu görüşə çox ciddi çıxacaq.

Son oyunlarda da qələbələri sıralaya-sıralaya gedirlər. Meydanda çox güc sərf etməli olacağıq".

Arxada qalan tur "Keşlə" gözlənilmədən 2:0 geridə olduğu matçda "Neftçi"ni məğlubiyyətə (3:1) uğratmağı bacardı. Təcrübəli oyunçu məhz həmin nəticənin "Qarabağ"la oyunöncəsi komandaya müsbət enerji verdiyini düşünür:

"Neftçi" üzərində qələbədən sonra komandamızda güclü inam yaranıb. Heyətimizdə bəzi itkilər var. İnşallah, mənfi təsirini göstərməz. Yaxşı nəticə qazanmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu