Sabiq "Zirə"li "Qarabağ"la oyundan sonra göndərildi

27 İyun 2021 22:20 Şamaxı 1 520
Sabiq "Zirə"li "Qarabağ"la oyundan sonra göndərildi

"Zirə"dən ayrılan Fakundo Melivio "Keşlə"yə də lazım olmayıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Bakı təmsilçisin məşqlərinə qoşulan və "Qarabağ"la yoxlama oyununda 45 dəqiqə şans qazanan hücumçunun hazırkı durumu baş məşqçi Sənan Qurbanovu razı salmayıb.

Xatırladaq ki, 29 yaşlı forvard bu ilin mart ayında "Zirə"yə transfer edilib. O, burada meydana çıxdığı 5 görüşdə 2 dəfə fərqlənməyi bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti