Ötən ilin noyabrında «Neftçi»nin idman direktoru postundan istefa verən, 1 ay sonra «Keşlə»də işə başlayan Ceyhun Sultanov buradan ayrılıb.
Sportinfo.az bu barədə klubdan məlumat əldə edib.
Gözlənilməz gedişin səbəbkarı Sənan Qurbanovdur. 3 ay öncə AFFA-nın təqdimatıyla burada işə düzələn baş məşqçi mövsümün yekunları ilə bağlı hesabat verib.
O, Premyer Liqada 14 tur qələbə qazana bilməməsinin məsuliyyətini idman direktorunun üstünə atıb.
Qurbanov ortaya fakt qoymayıb, bununla belə, etiraf edib ki, futbolçular ona yox, idman direktoruna hörmətlə yanaşır və bu da onun rahat çalışmasına mane olur.
Gənc çalışdırıcı bildirib ki, o, komaadanı yenidən formalaşdırmaq istəyir və transfer məsələləri ilə bağlı məsələlərdə Sultanovun söz sahibi olmasına qarşıdır.

