«Keşlə» rəhbərliyi «Neftçi»dən olan həmkarlarına müraciət edib.
Sportinfo.az-ın məlumatına görə, ölkə kubokunun sahibi Rəhman Hacıyevi yenidən icarəyə götürmək niyyətindədir.
Ötən mövsümdən etibarən sabiq «bankirlər»in formasnı geyinən yarımmüdafiəçinin məsələsinin həlli məxsus olduğu klubun verəcəyi son qərardan aslıdıır.
Bəli, problem var. Belə ki, «Neftçi» daha Hacıyevin maaşının bir hissəsini ödəmək fikrindən uzaqdır.
Rəhmanın aylıq əməkhaqqısı 15000 manat təşkil edir ki, indiyədək bunun 5000 manatını «Neftçi», qalanını isə «Keşlə» qarşılayıb.
İndi «Keşlə» futbolçuya 10000 təklif edir. O isə klubu ilə problemi çözməlidir, əks halda, geri qayıtmaq məcburiyyətində qalacaq.

