Ziyafət, əl yükü, aeroport... Azərbaycandan bu cür getdi

29 May 2021 21:20 Şamaxı 3 579
Ziyafət, əl yükü, aeroport... Azərbaycandan bu cür getdi

"Keşlə"nin moldovalı qapıçısı Stanislav Namaşko Azərbaycan kubokundakı qələbəni xüsusi qeyd etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında deyib.

Namaşko bu cür məsələlərə xüsusi yanaşmadığını bildirib.

Onun sözlərinə görə, matçdan sərhal sonra Moldovaya yola düşüb: "Ziyafət, əl yükü, aeroport... Kubokdakı qələbəni belə qeyd etdim.

Çempionatdakı uğursuzluqdan sonra hədəf avrokuboklar və sonuncu olmamaq idi. Sonda istəyimizə çatdıq".

Təcrübəli qapıçı rəhbərliyin komandanın qarşısına qoyduğu məqsədə nail olduqlarını vurğulayıb:

"Futbol ili çox qeyri-sabit keçdi, yaxşı və uğursuz oyunlar oldu, uğursuzluqlar da oldu. Amma yekunda ölkə kubokunu qazana bildik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti