Azərbaycan kubokunun son qalibi "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli komandadan ayrılıb.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə “feysbuk” səhifəsində məlumat paylaşıb.
O, hər şeyə görə "Keşlə"yə təşəkkür edib. İsgəndərli 2019-cu ildən burada çıxış edirdi. Onun paytaxt klubu ilə müqaviləsi iyuna qədər idi.
Bunadək “Rəvan”, “Simurq” və “Zirə”də də forma geyinmiş yarımmüdafiəçi "Keşlə"dən Sənan Qurbanova görə gedib. Baş məşqçi Vüsalın xidmətində maraqlı olmadığını rəhbərliyə elan edib.
Orta sahə oyunçusu ilə “Sumqayıt” və “Sabah” maraqlanır. Həmçinin “Zirə”yə dönmək ehtimalı da mövcuddur.
Millinin üzvünün əsas təklifləri Türkiyədəndir. Belə ki, TFF I Liqada mübarizə aparan komandalardan “Menemenspor”la “Tuzlaspor” azərbaycanlı futbolçuya dəvət göndərib.

