"Meza Kollinin bura qayıtmasına səbəbkar mən olmuşam"

28 May 2021 17:40 Şamaxı 1 424
"Meza Kollinin bura qayıtmasına səbəbkar mən olmuşam"

Bərbad mövsüm keçirən "Keşlə" sonda ölkə kubokuna sahib olmaqla sanki bütün uğursuzluqları kölgədə qoymuş oldu.

Sənan Qurbanovun yetirmələrini indi daha ağır sınaq - Konfrans Liqasında mübarizə gözləyir.

Komandanın qazandığı kubok və gələcək perespektivləri ilə bağlı Bakı təmsilçisinin sabiq baş məşqçisi Yunis Hüseynovla danışdıq.

Məhz onun istefasından sonra Sənan Qurbanov boş qalan posta təyinat almışdı. Təcrübəli mütəxəssis Sportinfo.az-a açıqlamasında öncə qazanılan uğurdan danışıb:

"Mən hər zaman demişdim ki, "Keşlə" avrokuboklara vəsiqə qazanacaq. Mən özüm orda çalışanda da bunun problem olmayacağını bildirmişdim.

O potensialı görürdüm. Finaldan öncə də kuboku "Keşlə"nin qazanacağını açıqlamışdım. Gözlənilən kimi də oldu. Bu münasibətlə komandanı təbrik edirəm".

Hüseynov "bəs "Keşlə"nin Konfrans Liqasındakı çıxışı ilə bağlı proqnozlarınız necədir" sualını belə cavablayıb: "Bundan sonra nə olacağını deyə bilmərəm.

Yəqin ki, heyətdə dəyişiklər olacaq. Hər bir məşqçinin futbola baxışı və futbolçu seçimi var. Sənan Qurbanov da "Keşlə"də yenidir.

Öz istədiyi futbolçuları gətirib, nəsə əldə etmək istəyəcək. Öz taktikasına uyğun futbolçular seçəcək. Məncə, sıfırdan komanda yığan məşqçi naliyyət qazana bilər. Uğurlar arzulayıram Sənan müəllimə".

56 yaşlı mütəxəssis Meza Kolli və Vüsal İsgəndərli kimi əsas heyət uzvlərinin komandadan ayrılmaq ehtimllarına da toxunub:

"Hər iki futbolçu da "Keşlə"yə lazımlı futbolçulardı. Mən "Keşlə"yə gələndə Meza Kolli bir müddət olar komandadan ayrılmışdı.

Onun ora qayıtma səbəbkarı mən olmuşam. Yaxşı futbolçudur. Komandaya çox xeyri dəyə bilər. Yəqin ki, rəhbərlik danışıqlar aparıb "Keşlə"də qalmasına çalışacaq.

Maliyyədən də çox şey asılıdır. Bəzi futbolçular təklif olunan pula razılaşmaya bilər. Yaxşı təklif olsa, məncə gedəcəklər. Amma getməsələr yaxşı olardı. Çünki köməkləri dəyəcək.

Meza Kollinin yerini doldurmaq çətin olar. Çünki indi transfer üçün seçim də çox deyil. Hər iki futbolçunu da saxlamaq üçün razılığa gəlməyə çalışmalıdılar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti