"Karyeramla bağlı suallara ən uzağı iyunun ilk günlərində aydınlıq gələcək".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.
İstedadlı futbolçu "Keşlə"dən ayrılmasının hələ dəqiqləşmədiyini bildirib: "Komandada heç kəslə müqavilə haqqında danışıq olmayıb. Bu həmişə belə olub. Sezon bitəndən sonra danışıqlar başlayır.
"Keşlə"dən hələ ayrılmamışam. Burada olduğum 3 ildə Zaur Axundovun mənə çox böyük dəstəyi olub. Onunla danışmadan heç nə deyə bilmərəm".
İsgəndərli karyerasını ölkə xaricində davam etdirmək perespektivindən də söz açıb: "Ölkə xaricinə gedəsi olsam, seçimim Türkiyə olacaq. İlk dəfə dəfə legioner həyatı yaşayacağım üçün, məncə, ora daha rahat olar".

