"Zaur Axundov komandada qalmağımı xahiş etdi, mən isə dedim ki…"

26 May 2021 11:20 Şamaxı 1 940
"Zaur Axundov komandada qalmağımı xahiş etdi, mən isə dedim ki…"

"Bu titul məni çox sevindirir. Fikrimcə, həm klub, həm də mənim üçün böyük uğurdur. Asan olmadı.

Komanda yoldaşlarıma, klubun prezidentinə və bütün işçilərinə minnətdaram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "cronica.com" saytına açıqlamasında Azərbaycan Kubokunda qalib olmaları barədə danışarkən deyib.

Paraqvaylı yarımmüdafiəçi finala çətinliklə yüksəldiklərini xatırladıb: "Yarımfinalın ilk oyununda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduq. Cavab matçında da 0:1 hesabı ilə geridə idik.

Finala yüksəlmək üçün 3 qol vurmalı idik. Xoşbəxtlikdən, görüş mənim üçün yaxşı alındı. Het-trik etdim və komandamız həlledici qarşılaşmaya vəsiqə qazandı".

"Keşlə" ilə müqaviləsi başa çatan 30 yaşlı oyunçu artıq klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü söyləyib:

"Onunla çox yaxşı münasibətlərimiz var, ata-oğul kimiyik. Məndən komandada qalmağımı xahiş etdi. Mən isə dedim ki, hələlik qələbənin dadını çıxarmaq istəyirəm. Bundan sonra təkliflər barədə ağıllı qərar verəcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti