"İstəyirik ki, ötən illə müqayisədə daha yaxşı nəticə göstərək".
Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin Müşahidə Şurasınını sədri Zaur Axundov deyib.
Ölkə kubokunu qazanan klubun rəhbəri növbəti mövsüm UEFA Konfrans Liqasında uğurla çıxış etməyə çalışacaqlarını söyləyib,
Müşahidə Şurasının sədri avrokuboklarda uğur əldə etmək üçün heyətdə çox ciddi dəyişikliyin olacağını deyib:
"Belə dəyişikliklər olacaq. Siz də onu görəcəksiz. Məşqçilər korpusu ilə danışacağıq. Onlar hesabat verəcəklər. Ardınca növbəti il necə çıxış edəcəyimizə qərar verəcəyik".

