"Neftçi"də oynamaq istəyirsənmi" sualına "baxarıq" cavabı verdi

26 May 2021 09:20 Şamaxı 66 801
"Neftçi"də oynamaq istəyirsənmi" sualına "baxarıq" cavabı verdi

"Bu oyuna görə çox şadam. Bütün komandanı və məşqçilər heyətini təbrik edirəm. Artıq qələbəni qeyd etməyin vaxtıdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "Sumqayıt"a 2:1 hesabı ilə qalib gədikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

Paraqvaylı yarımmüdafiəçi paytaxt təmsilçisindəki taleyi və "Neftçi"yə mümkün keçidi haqqında hələ heç nə deyə bilməyəcəyini söyləyib: "Klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşəcəm. Axundov razılıq verməsə, klubda qalacağam".

Təcrübəli oyunçu "Neftçi"də oynamaq istəyirsinizmi" sualına "baxarıq" deyə cavab verib: "Neftçi"nin baş məşqçisi Samir Abasovun mənim haqqımda dediklərinə görə şadam. O, Azərbaycanın ən yaxşı baş məşqçilərindən biridir".

Meza Kolli "Keşlə"nin Konfrans Liqasındakı şansları barədə isə bunları deyib: "Sabah nə olacağını bilmirəm. Bu barədə növbəti gün danışa bilərəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti