"Bu komandamızın son üç ildə ikinci kubokudur. Mən də sevinirəm.
Çempionatda uğurlu çıxış edə bilməyərək, 6-cı yeri tutsaq da, mövsümü titulla başa vurmağı bacardıq".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin Muşahidə Şurasının sədri Zaur Axundov "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner kuboku qazandıqları üçün böyük sevinc hissi keçirdiklərini bildirib: "Bu gün sevinib, sabahdan avrokubokların hazırlıqlarına başlayacağıq".

